
Bu gün
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakının "Inter"
klubu Moldovada "Tiraspol"un qonağı olacaq. Sportnet.az-ın məlumatına
görə, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi komanda beynəlxalq arenada kifayət
qədər təcrübəyə malikdir.
Ancaq təmsilçimizin səfərdə oynaması bu görüşdə
şansları nisbətən bərabərləşdirir. Elə dünyanın aparıcı bukmeker kontorları da
verdikləri əmsalları təxmini bərabər göstərirlər.
03 iyul.
Avropa
Liqası. I təsnifat mərhələsi, ilk oyun
22:00. "Tiraspol"
(Moldova) - "İnter" (AZƏRBAYCAN) - 2:3
Qollar: Andrey Novikov, 78. Georgi Karaneyçev, 88 - Kaxaber Tsxadadze, 8 (pen.). Elvin Məmmədov, 10. Andrey Novikov, 71 - öz qapısına.
TİRASPOL: 25. Georgi Georgiyev, 3. Erik Barroso, 5. Andrey Novikov, 7. Yevgen Zariçnyuk, 8. Sergey Şapoval, 10. Oleq Molla, 11. Georgi Boqyu, 14. Vadim Rata, 16. Laşa Japaridze, ,27. Ademar, 77. Kirilo Sidorenko.
Ehtiyat oyunçular: 12. Vladimir Livşit, 13. Boqdan Hauşi, 18. Marko Vidoviç, 26. Artyom Xaçaturov, 23. Viktor Bulat, 9. Georgi Ovseanniçov, 15. Georgi Karaneyçev.
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 6. Slavço Georgiyevski, 10. Elvin Məmmədov (8. Mikel Alvaro, 72), 11. Asif Məmmədov (k) (9. Mirzağa Hüseynpur, 90), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 82), 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. İvan Benites, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 9. Mirzağa Hüseynpur, 27. Dieqo Madrigal.
Baş hakim: Ante Vuçemiloviç
Baş hakimin köməkçiləri: Dalibor Conjar, Hrvoje Barişiç
Dördüncü hakim: Damir Batiniç
(Hakimlər briqadası Xorvatiyadandır)
