1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-ın vitse-prezidenti polislərlə dalaşdı
Azərbaycan Premyer Liqasında "İnter"lə AZAL arasında keçirilmiş XIII turun son matçının ardından insident baş verib. Sportnet.az-ın məlumatına görə, 0:2 hesabı ilə uduzan AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov hirsini polislərin üzərinə tökməyə məcbur olub.
Münaqişə polislərin klub rəsmisini tanımadığını deyərək, onu "İnter Arena"nın paltardəyişmə otağına buraxmaması üzündən baş verib. Tərəflər arasında mübahisə əlbəyaxa döyüş həddinə çatıb. Yalnız ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib.
Oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərə açıqlamasında insidenti belə şərh edib: "Oyundan sonra klub rəsmiləri ilə polis arasında anlaşılmazlıq oldu. Polislər klub rəhbərlərini tanımır. Hər halda AFFA nümayəndəsi orada olsaydı, yaxşı olardı. Ya da polislə əlaqəsi olan klub nümayəndəsi olmalıdır".