Yunanıstanın PAOK klubunun futbolçusu Dimitar Berbatov bu il bir daha meydana çıxmayacaq. Sportnet.az-ın məlumatına görə, bu, bolqarıstanlı hücumçunun "Qəbələ" ilə Avropa Liqasının V tur matçında baş məşqçi İqor Tudorun qərarına kəskin etirazı ilə əlaqədar deyil.
Berbatov bu qarşılaşmada zədələnərək, bir ay müddətinə sıradan çıxıb. Əzələsini dartan təcrübəli forvard Yunanıstan Super Liqasında 4, ölkə kubokunda 2, Avropa Liqasında isə dekabrın 10-da Almaniyada "Borussiya" (Dortmund) komandası ilə son tur qarşılaşmasını buraxacaq.
Qeyd edək ki, Yunanıstanda dekabrın 20-dən gələn il yanvarın 3-dək fasilə elan olunacaq. Dimitar Berbatov PAOK-da bunadək də bir ay müddətinə sıradan çıxmışdı.