1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA "Qarabağ"ı cərimələdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasında XIV turun 3 oyununda baş vermiş hüquq pozuntularına baxılıb.
"Zirə” – "Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində qonaq komandanın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Nelson Bonilya eyni səbəbdən qırmızı vərəqə aldığı üçün özü və klubu analoji cəzaya məruz qalıb.
"Neftçi” – "Qarabağ” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, qonaqlar isə azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyindən, hərəyə 1000 manat cərimə ödəməli olacaq. "Rəvan” isə eyni məbləğdə cəriməni "Qəbələ” ilə matçda 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək.