
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, turun görüşləri iki gün ərzində reallaşacaq.
Tura dekabrın 6-da keçiriləcək "Neftçi" - "Zirə" oyunu ilə start veriləcək. Bir gün sonra isə XV turun son oyunu keçiriləcək. "Bayıl Arena"da keçiriləcək görüşdə "Rəvan" və AZAL komandaları üz-üzə gələcək.
6 dekabr
16:00. "Neftçi" – "Zirə"
"Bakcell Arena"
17:00. "Xəzər Lənkəran" – "Qəbələ"
"Xəzər Lənkəran" mərkəzi stadionu
18:30. "Qarabağ" – "İnter"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
7 dekabr
17:00. "Sumqayıt" – "Kəpəz"
"Kapital Bank Arena"
20:00. "Rəvan" – AZAL
"Bayı Arena"







































































