1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dieqo Souza: "Böhran əcnəbilərin gedişinə təsir edib"
"Çox çətin, mürəkkəb matç oldu. Qələbəyə ümid edirdik. Amma sonda heç-heçə oldu". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Dieqo Souza "Neftçi" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
Braziliyalı yarımmüdafiəçi bildirib ki, qol vurmağa çalışıblar: "Oyunumuzda çatışmayan cəhət yox idi. Sadəcə, futboldur, istənilən nəticə məqbuldur".
27 yaşlı oyunçu "Zirə"nin uğurunun səbəbini də açıqlayıb. Dieqo Souzanın fikrincə, bu, hamının bir-birinə olan hörmətindəndir: "Kollektivdə birlik var, Komandada əhval-ruhiyyə çox yaxşıdır. Legionerlərlə yerlilər arasında ayrıseçkilik yoxdur. Bir-birimizlə yaxşı münasibətdəyik".
UEFA-nın mövcud qaydalarına əsasən, "Zirə"yə Avrokuboklarda iştirak üçün lisenziya verilməyə bilər. Lakin "sambaçı"nın sözlərinə görə, bu, komandaya heç bir mənfi təsir etməyəcək: "Kollektivimiz təcrübəli futbolçulardan təşkil olunub. Lisenziya verilməsə belə, futbolçular daha çox çalışacaqlar".
Sonda Dieqo Souza keçmiş komandası "Xəzər Lənkəran"la hazırkı klubundakı çıxışını müqayisə edib və Premyer Liqanın səviyyəsi barədə fikirlərini bildirib. O, əvvəlki ilə indiki oyunu arasında fərqin olduğunu söyləyib: "Mən "Xəzər Lənkəran"da tam başqa üslubda oynayırdım. Amma bu barədə danışmaq da yersizdir. Çünki hər oyuna mübarizə əzmi ilə çıxıram. Bəzi klublarda baş verən böhran əcnəbi futbolçuların gedişinə təsir edib. Amma çempionatın hazırkı səviyyəsi heç də pis deyil. Yaxın gələcəkdə hər şeyi bərpa edə biləcəyimizi düşünürəm".