"Qəbələ" ilə oyuna əsas heyətlə çıxacağıq. Sadəcə Dmitriy Torbinski, Ari və Vladimir Bıstrov zədəli olduqları üçün oynamayacaqlar". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qəbələ" ilə keçirəcəkləri oyundan öncə mətbuat konfransında Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov deyib.
"Bıstrov və Torbinski məşqdə zədələnib. Ari isə sonuncu oyunda zədə aldı. Vandersonun çıxışı isə onun əsas heyətdə olacağını deməyə əsas verir. Düşünürük ki, Vanderson bizə kömək edə biləcək" - deyə, O.Kononov bildirib.

O, Bakıda keçiriləcək oyunun önəmindən də danışıb: "Bu qarşılaşma bizə birinci yeri tutmaq şansı verəcək. Bu da növbəti mərhələdə daha münasib rəqiblə düşməkdə bizə kömək edəcək. Üstəlik, ili yaxşı nəticə ilə yekunlaşdırmaq imkanımız var. Növbəti mərhələni təmin etməyimizə baxmayaraq, "Qəbələ" ilə oyuna çox yaxşı hazırlaşmışıq. İlk oyundan sonra demişdim ki, rəqib çox yaxşı təşkilatlanıb. Hətta Rusiyada "Qəbələ"ni maraqlı komanda olaraq qəbul edirlər. PAOK-la və ölkə çempionatındakı sonuncu oyunu izləmişəm. Bizi çox çətin oyun gözləyir".
Baş məşqçi arxa xəttə diqqət etməyin lazım olduğunu bildirib: "Bir neçə oyunda qol buraxmadıq. "Spartak"la oyunda da şanslarımız vardı. "Kuban"la matç da maraqlı oldu. Müdafiəçi seçimimiz çox deyil. Bu səbəbdən daha çox hücum oyunu haqda fikirləşirik. Sadəcə onu deyə bilərəm ki, arxa xətdə daha inamlı çıxış etmək lazımdır. Almaniya "Borussiya"sı ilə oyun "Krasnodar" tarixində ən yaxşı oyunlardan biri deyildi. "Real Sosyedad" və "Everton"la ötən il yaxşı oyun oynamışdıq. Dortmund klubu isə avrokubok tariximizdə ən güclü komanda idi".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyunu saat 22:00-da başlayacaq.