Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsində son oyununu keçirəcək. "Report"un məlumatına görə, "qırmızı-qaralar" Bakıda Rusiya "Krasnodar"ını sınağa çəkəcək.
"Bakcell Arena"da oynanılacaq qarşılaşmanın start fiti saat 22:00-da səslənəcək. Görüş Rusiya təmsilçisi üçün daha çox önəm daşıyır. "Krasnodar" Bakıdan qələbə ilə dönəcəyi təqdirdə, qrup mərhələsini ilk pillədə başa vuracaq. "Qəbələ" isə qələbə qazana bilsə, ən yaxşı halda Avropa Liqasında debütünü 3-cülüklə yekunlaşdıra bilər. Bunun üçün Yunanıstanın PAOK klubu Almaniyada "Borussiya" (Dortmund) komandasına məğlub olmalıdır.
Hazırda "Qəbələ"nin aktivində qələbə yoxdur Roman Qriqorçukun rəhbərlik etdiyi komanda qalib gələrsə, bu, komandasının Avropa Liqasındakı qazandığı ilk qələbə olacaq.
Avropa Liqası, VI tur
10 dekabr
22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya) - 0:3
Qol: Raqnar Siqurdsson, 27. Pereyra, 41. Vanderson, 75
Baş hakim: İştvan Kovaç
Yan xətt hakimləri: Mikloş İştvan Nagi, Vasile Florin Marinesku
Əlavə köməkçi hakimlər: Pavel Kristian Balay, Marius Avram
Dördüncü hakim: Mixai Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Bakı. "Bakcell Arena".
Xal durumu: "Krasnodar" - 10. "Borussiya" - 10. PAOK - 4. "Qəbələ" - 2.