Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Hər iki matçda gözlənilməz nəticə qeydə alınıb. "Kəpəz" Gəncədə "Rəvan"ın müqavimətini qıra bilməyib. Oyun qolsuz bərabərliklə yekunlaşıb. "İnter" isə eyniadlı arenada "Sumqayıt"a uduzub. Bununla da "bankirlər" çempionluq yolunda ağır zərbə alıb.
Azərbaycan Premyer Liqası, XVI tur
11 dekabr.
14:00. "Kəpəz" – "Rəvan" - 0:0
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Rahil Ramazanov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
16:30. "İnter" – "Sumqayıt" - 2:3
Qol: Yuri Fomenko, 44. Elnur Abdullayev, 52 - Amil Yunanov, 2;39. Slavik Alxasov, 32.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rauf Cabbarov
AFFA nümayəndəsi : Ramiz Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
Qeyd edək ki, turun digər oyunları dekabrın 13-də keçiriləcək.