
AFFA-nın İntizam Komitəsi Premyer Liqada çıxış edən "Neftçi" və "Rəvan" klublarını cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, Komitə XVI turda keçirilmiş "Qəbələ" ilə səfər oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzlandırıldığı üçün klub 1000 manat cərimələnib.
Eyni turda baş tutan "Kəpəz" - "Rəvan" görüşündə də qonaqlar analoji hala görə 1000 manat cərimə edilib.







































































