"Meydança normal futbol oynamağa imkan vermirdi. tadart vəziyyətlərdən daha çox yararlanmağa çalışırdıq. Belə meydançada oynamaq ağır idi. Oyun çətin keçdi". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Təcrübəli mütəxəssis "Kəpəz"lə oyundan sonra bunları bildirib: "Gəncə klubu mübariz oyun göstərdi. Şahin müəllim döyüşkən komanda yaratdı".
- "Neftçi" 2 xal itirdi ya necə?
- Bir neçə epizodda hesabda irəli keçə bilərdik. Ümumilikdə hər iki komandanın şansı vardı. Hesab edirəm ki, iki xalı biz itirdik.
- Artıq ilin son oyununu keçirdiniz. Komandada qalıb-qalmamağınıza aydınlıq gəlib?
- Yaxın günlərdə hər halda bu məsələ məlum olacaq. Öz işimi gördüm və əlimdən gələni etdim ki, çətin durumdan komandanı çıxardaq. "Neftçi"də yüksək texnikaya malik olan futbolçular var.
- Özünüz üçün qış planı hazırlamısınız?
- Təbii ki, rəhbərlik etimad göstərsə, olacaq. Oyunçu qıtlığı var və bir neçə futbolçuda zədə problemi var. Tam istədiyimi ala bilmədim.
- Araz Abdullayev olmayanda "Neftçi" daha yaxşı oyun göstərirdi...
- O, komandanın kapitanıdır. Uzun müddət məşqsiz qalmağı təsir edir. Bugünkü oyunda daha istəkli idi. Azərbaycanda 4-5 yaxşı oyunçu varsa, biri Arazdır. Onun böyük potensialı var. Hesab edirəm ki, bu yaxınlarda başqa Araz görəcəksiniz.
- Komandada qalası olsanız, qapıçı transferi istəyəcəksiniz?
- Aqil Məmmədovun oyunundan razıyam və millinin oyunçusudur. Səhvsiz insan yoxdur.
- Fəhminin vəziyyəti ilə bağlı son məlumat var?
- Onu xəstəxanaya aparıblar. inşallah, o çətin duruma düşməz.
- Ramosun Şahin Diniyevin üzərinə hücum çəkməsi məsələsinə nə deyərdiniz?
- Şahin təmkinli biridir. Amma necə olduğuna tam aydınlıq gətirməliyik. Şahin müəllimi birinci dəfədir ki, belə aqressiv görürəm. Ayltona isə o vəziyyətdə qırmızı vərəqə verilməli idi. Futbolçu kimi deyə bilərəm ki, bu epizodda penalti verlməli idi.
- Böyükağa Hacıyev baş məşqçinin çamadanının hazır olmasını deyirdi...
- Hər yerdə belədir. "Neftçi" xalqın komandasıdır və burda böyük məsuliyyət var. "Neftçi"də işləyib etimad doğrultmaq o qədər də asan deyil. Məşqçinin işi udur. Sovet vaxtı deyirdilər ki, məşqçi iki ərizə yazmalıdır. Biri işə girmək üçün, biri də işdən çıxmaq üçün.
- İki qırmızı vərəqə, Erik Ramosla Diniyev qalmaqalını nəzərə alsaq, oyunu Sülh və Müharibə adlandırmaq olar?
- Oyun müharibədir. Müharibədə temperatur ölçülmür. Çünki bunlar meydançada olur. Kənarda isə hamı eynidir.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |