
"Qəbələ" klubu Derlis Meza Kolli ilə yollarını ayırıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib.
Mövsümün əvvəlindən "qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandamızın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib.
"Qəbələ” İdman Klubu Derlis Meza Kolliyə "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.









































































