
Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Sportnet.az-ın "AzərTAc"a istinadən məlumatına görə, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı alqışlarla qarşılayıblar. Dövlət başçısı tədbirdə çıxış edib.
Sonra mükafatlandırma mərasimi olub.