"Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov Əsgər Abdullayevin baş məşqçi postuna təyinatının səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Z.Qəhrəmanov "Facebook" səhifəsində yazdığı statusda iclasın 5,5 saat davam etdiyini bildirib.
Sportnet.az-ın məlumatına görə, Z.Qəhrəmanov "Facebook" səhifəsində yazdığı statusda iclasın 5,5 saat davam etdiyini bildirib.
Onun fikrincə, ilk dövrənin son oyunlarına komandanı baş məşqçi kimi çıxaran Ə.Abdullayevin bu vəzifəyə Müşahidə Şurasının toplantısında təsdiqlənməsi şou deyil: "Əksinə, bu, aysberqin zirvəsidir: "Ölkədə baş verən proseslərdən, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarından və digər amillərdən çıxış edərək, klubun bugünkü reallığa daha uyğun gələn yeni hədəfləri işlənilib. Uzunmüddətli strategiya da bəzi dəyişikliklərə məruz qalıb. Təfərrüatları yaxın günlərdə gözləyin".
Qeyd edək ki, "Neftçi"nin baş məşqçi postuna əcnəbi mütəxəssisin gətiriləcəyi bildirilirdi. Əsas namizəd kimi serbiyalı Milan Rastavaçın adı hallanırdı. Zaur Qəhrəmanov SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini vəzifəsində çalışır.