
İngiltərə Çempionşipində "Lids" - "Derbi Kaunti" matçını çəkmək istəyən Sky TV telekanalının əməkdaşları stadiona buraxılmayıb. Sportnet.az-ın BBC-yə istinadən məlumatına görə, bu barədə "Lids" klubunun sahibi Massimo Çellino göstəriş verib.
O bildirib ki, televiziya yayımı ev oyunlarını izləməyə gələnlərin sayına mənfi təsir edir. Matç bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Qeyd edək ki, bir neçə il öncə "Xəzər Lənkəran" rəhbərliyi də eyni səbəbi göstərərək, ev oyunlarını "İdman Azərbaycan" telekanalının yayımlamasına icazə verməmişdi.







































































