Makedoniyalı futbolçu Muarem Muaremin Türkiyə I Liqasında mübarizə aparan "Yeni Malatyaspor"a keçidi baş tutmayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Ali Ravcı açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Ali Ravcı açıqlama verib.
O, 28 yaşlı yarımmüdafiəçinin Azərbaycan klublarından biri ilə anlaşdığını söyləyib. Amma Ravcı həmin komandanın adını deməyib.
Qeyd edək ki, Muarem Muarem ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Eskişehirspor" klubuna keçib. Lakin o, Super Liqada cəmi 1 matçda forma geyinib. Noyabrda bu komandda ilə yollarını ayıran Muaremin Ağdam təmsilçisinə qayıdacağı bildirilirdi.