Türkiyə klubu yeni baş məşqçi ilə anlaşıb
Türkiyənin "Antalyaspor" klubunun baş məşqçisi Joze Mourinyonun köməkçisi Manuel Ferreyra de Moraiş olacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun mətbuat katibi Hasan Ali Ceylan açıqlama verib.

O, ilkin razılıq əldə etdikləri Manuel Moraişin sabah axşam saatlarında Antalyada olacağını və müqavilənin detallarının müzakirə olunacağını bildirib: "Danışıqlarda hər hansı anlaşılmazlıq olmasa, yanvarın 5-də 1,5 illik müqavilə imzalayacağıq".
Qeyd edək ki, bu mövsüm "Antalyaspor" heyətinə bir çox ulduz futbolçu cəlb edib.