Azərbaycan Premyer Liqasında yaranmış qış fasiləsindən istifadə edərək təlim-məşq toplanışı ölkə daxilində keçirən klubların bir araya gələcəyi "CBC Sport Kuboku"nun püşkatması təxirə düşüb. Bu barədə Sportnet.az-a "CBC Sport" telekanalının Xəbərlər departamentinin redaktoru Şəmsəddin Abbasov məlumat verib.
Onun sözlərinə görə, klub rəsmiləri bu gün bir araya gəlsə də, mərasim baş tutmayıb. Tərəflərin razılığına əsasən püşkatma mərasimi sabah günorta saatlarında keçiriləcək. Ancaq turnirin yanvarın 14-də start götürəcəyi dəqiqləşib.
Qeyd edək ki, "CBC Sport Kuboku"nda Premyer Liqa klublarından "Neftçi", "Xəzər Lənkəran", AZAL, "Rəvan", I diviziondan isə "Şərurspor", "Qaradağ Lökbatan, "Neftçala" və MOİK iştirak edəcək. Turnirin final görüşü Bakı Olimpiya Stadionunda olacaq.