1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Böyükağa Hacıyev Əsgər Abdullayevlə görüşəcək
AFFA Məşqçilər Komitəsi qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək Premyer Liqa klublarının məşq və oyunlarını izləyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə komitə sədri Vaqif Sadıqov açıqlama verib.
Onun sözlərinə görə, yanvarın 12-də komitə üzvləri ilə görüş keçiriblər. Qərara alınıb ki, millinin baş məşqçisi Robert Prosineçki və köməkçiləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan klubları izləyəcəyindən Məşqçilər Komitəsi fəaliyyətini paytaxtda davam etdirsin: "Biz burada "CBC Sport Kuboku"nun oyunlarını izləyəcəyik. Klublarla görüş keçirmək, onların məşq proseslərini izləməyi planlaşdırmışıq. Bu baxımdan ilk görüşün "Neftçi" ilə olacağını düşünmüşük. Klublarla əlaqə saxlayıb məşq günləri təyin edəcəyik və hər bir komandanı nəzərdən keçirəcəyik. Yanvarın 13-də saat 11-də "Neftçi"nin məşqi heyəti ilə görüşəcəyik".
Komitə sədri bildirib ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı keçəcəyindən onları da diqqət mərkəzində saxlayacaqlar.
V.Sadıqov komitədə boş qalmış yerə 5-ci üzvün kim olacağını isə AFFA rəhbərliyi ilə görüşdən sonra aydınlaşacağını deyib: "Üzvlərlə birgə namizədlər müəyyənləşdirib AFFA rəhbərliyinə təqdim etmişik. Rəhbrəliklə görüşdən sonra yeni üzvün kim olacağı bilinəcək. Amma hələ görüşün vaxtı dəqiqləşməyib".
Qeyd edək ki, AFFA Məşqçilər Komitəsinin tərkibində Vaqif Sadıqov, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov və Şakir Qəribov yer alıb. (Report.az)