1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çempionluğa layiq "Qəbələ" görəcəklər"
20 günlük istirahət doğrudan da bizim üçün səmərəli oldu. Çünki mövsümün ilk yarısında ağır oyun qrafiki keçdik. Avropa Liqasının qrup mərhələsinədək və qrupda çətin qarşılaşmalarımız oldu. Üstəlik, Azərbaycan Premyer Liqası və ölkə kubokundakı matçlardan sonra 3 həftəyədək davam edən istirahət tam yerinə düşdü". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını klubun televiziyasına dəyərləndirərkən deyib.
Sadiqovun fikrincə, komandadakı hər bir futbolçu bu fasilədən lazımınca faydalana bilib və hamı tam gücünü toparlayaraq, toplanışa gəlib. Təcrübəli yarımmüdafiəçi etiraf edib ki, baş məşqçi Roman Qriqorçuk komanda üzvlərinə fasiləyə çıxarkən, artıq çəkidən qorunmaq üçün təllimatlar verib. Amma o, indiyədək artıq çəki problemi yaşamadığını bildirib: "Bu yaşıma gəlmişəm: çəkim heç vaxt nə artmır, nə də azalmır. Ona görə də mənə bir söz deyilməmişdi. Rahat idim. Buna baxmayaraq, 2-3 gündə bir dəfə özümüz uşaqlarla yığışıb futbol oynayırdıq. İstəmirdim ki, 20 gün ərzində formadan düşüm, passivləşim. Özümüzü formada saxlayırdıq. İstirahətə gəldikdə, bu müddətdə ailəmizlə, dostlarımızla, qohumlarımızla birgə Bakıda keçirdik. 20 gün doğrudan da istirahət üçün çox uzun müddətdir. Amma bu, komandaya lazım idi".
33 yaşlı oyunçunun sözlərinə görə, istirahətin ardından məşqlərə başladıqda ilk günlər adama çox çətin gəlir: "Kimsə yalandan deyə bilər ki, rahatdır. Amma bu, belə deyil. Tədricən qrafikə tam öyrəşirsən. Məşqləri düzgün yerinə yetirdikdə, bunun nəticəsini hər bir futbolçu çempionatda görəcək. Çalışmaq lazımdır ki, baş məşqçinin dediklərini edə və bunun da səmərəsini oyunlarda görəsən".
Komandanın hədəflərinin böyük olduğunu deyən Sadiqov mövsümün ilk yarısının son turlarında yaxşı nəticələr göstərə bilməmələrini Avroliqadakı çıxışları ilə əlaqələndirib: "3 cəbhədə mübarizə aparmaq futbolçulara bir qədər çətinlik törədir, yorğunluq gətirir. Əvvəllər də demişdim ki, təlim-məşq toplanışından sonra hamı tam fərqli "Qəbələ" görəcək. Məncə, bu, belə də olacaq. Çempionluğa layiq "Qəbələ" görəcəklər. Bu heyətlə Avroliqada qrupa düşmüşüksə, həm çempion olmaq, həm də kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hədəfimiz belədir. Bu, nə dərəcədə alınacaqsa, zaman göstərəcək".
Təlim-məşq toplanışına "Qəbələ" Futbol Akademiyasından da oyunçular qoşulub. Sadiqov təcrübəli futbolçu olaraq, gənclərə məsləhətlər vermələrinin gərəkliyini vurğulayıb: "Ola bilər ki, baş məşqçinin gözündən nə isə qaçır. Bunu təcrübəli futbolçu görürsə, bildirməlidir. Kəskin formada yox, sadəcə, başa salmalı, öyrətməli, düzgün yola yönəltməlidir. Biz də əlimizdən gələni edirik ki, gənc futbolçularımıza dəstək olaq. Məşq zamanı da hansısa sualları olduqda, onları cavablandırır, başa salırıq. Məşqdən sonra, yemək vaxtı və ya digər boş vaxtlarda biz də onlarla oturur, zarafatlaşır, söhbətləşirik. Çalışırıq ki, futboldan bildiklərimizi gənclərə çatdıraq".