1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"la "Rəvan" acınacaqlı durumdadır" - MÜSAHİBƏ
AFFA Klublar Komitəsinin sədri və AZAL futbol klubunun vitse-prezidenti Fikrət Hüseynovun Sportnet.az-a müsahibəsi
- 8 komanda ilə keçirilməli olan "CBC Sport Kuboku" 5 komandayla start götürdü. Bu turnir komandalara necə təsir edəcək?
- Müsbət tərəfi odur ki, təlim-məşq toplanışını ölkə daxilində keçirən klublar üçün yaxşıdır. İlk dəfə olduğu üçün təbii ki, problemlər olmalı idi. İstəyirdik ki, yenilik olsun. İlk olaraq klubların hamısı ilə danışmışdım. "Kəpəz" ilk gündən planları ilə əlaqədar imtina etdi. Sonra 8 klub qaldı. Ardından "Xəzər Lənkəran" da maliyyə məsələləri ilə bağlı imtina etdi və bildirdilər ki, 10 gün Bakıda gəlib qalmaq çətin olacaq. "Rəvan" da 1 gün əvvəl dedi ki, turnirdə iştirak edə bilməyəcəklər. Onlarda 3-4 gün idi futbolçular məşqə çıxmırdı. Son olaraq 5 komanda qaldıq. Mənə elə gəlir ki, bu turnirin gələcəyi var. Növbəti ildən Rusiya, Gürcüstan klubları da qoşulacaqlar.
- Bu dəfə də əcnəbi komandanın, olması gözlənilirdi, amma alınmadı...
- Bəli, gözlənilirdi. Biz 8 komanda ilə danışmış və 2 qrup yaratmışdıq. Amma alınmadı. Hamımız görürük ki, hava necədir. İnandırım sizi, bu vaxtlarda Antalyada belə hava olmur, adətən bərk yağış yağır. Üstəlik, maliyyə tərəfdən çətinlik çəkən komandalar var. Ancaq kimin maliyyəsi yaxşıdırsa, gedir.
- AZAL-da maliyyə durumu necədir?
- Mövsümün əvvəlində strategiyamızı dəyişdiyimizdən, devalvasiyanın o qədər də təsiri yoxdur. Çünki biz manata keçmişik. Ancaq elə klub yoxdur ki, devalvasiya onlara təsir etməsin.
- Bir müddət əvvəl komandaya legioner hücumçunun gətiriləcəyini demişdiniz...
- Hələ razılığa gəlinməyib. Rusiyadan Aleksandr Sobolev adlı bir hücumçu gəlib və o "Sumqayıt"a qarşı 90 dəqiqə oynadı. Ona görə də "Neftçi" ilə oyunda istirahət verdik. Bir hücumçu gözləyirik.
- Komandada gəncləşdirmə və milliləşdirmə siyasəti aparırsınız. Artıq bir neçə klub bu addımı atır. Necə düşünürsünüz, bu addım "Qarabağ" və "Qəbələ"ni Premyer Liqada hegemonluğuna şərait yaratmayacaq?
- Düzdür, şərait yaradır. Lakin legionerlər gəlir. Rəqabətin olmaması o komandalar üçün də yaxşı deyil. Çünki ola bilsin sabah Avropada oynayanda problem yaratsın. Ötən il "Qarabağ" və "Qəbələ" Avropa Liqasında idi. Mənə elə gəlir ki, ötən mövsüm ən güclü rəqabət olan çempionat idi. Ancaq indi rəqabət bir az zəifləyir. Məsələn, bu gün "Neftçi" maliyyə tərəfdən AZAL-dan bəlkə də artıqdır, amma fərq o qədər də görsənmir. Ona görə də ola bilsin ki, "Qarabağ" və "Qəbələ"də hegemonluq olsun. Ancaq rəqabətin olmaması avrokuboklarda çətinlik yaradacaq.
- "CBC Sport"un oyunların yayımı ilə bağlı ödəyəcəyi məbləğ klubların balansına AFFA tərəfindən mövsümün sonunda köçülürəcək. Hazırda klublarda da maliyyə durumu ürəkaçan deyil. Bununla bağlı rəhbərlik etdiyiniz komitədə nə vaxt görüş keçirməyi planlaşdırırsınız?
- Müzakirə olunur. Yanvarın 22-də görüş keçirəcəyik. Orada bu məsələ birinci olacaq. PFL-ə olan borcların ödənişi necə olacaq - bu məsələlər hamısı danışılacaq.
- PFL borclarla bağlı heç bir klubun müraciət etmədiyini bildirmişdi...
- Danışıqlar aparırıq. Bu məsələyə 2-3 günə aydınlıq gətirəcəyik. Təbii ki, mən AZAL adından danışıram. İnanıram ki, razılaşma olacaq və hər şey yoluna düşək. İstəməzdik ki, neçə illərdir davam edən çempionatımız belə olsun. Qabağa getmək lazımdır, arxaya getməyək.
- Bu gedişat çempionatı hara aparır?
- Bu gün dünyada maliyyə problemləri var. Avropada 100 illərlə davam edən çempionat var. Bizdə isə demək olar ki, yenidir. Əlbəttə, yavaş-yavaş irəli getməliyik. "Xəzər Lənkəran" və "Rəvan" bu gün elə durumdadılar ki, acınacaqlı haldır və heç kim bundan sığortalanmayıb.