1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hafiz Məmmədov 10 milyon avronu ödəməkdən imtina etdi
Azərbaycanlı iş adamı Hafiz Məmmədov Fransanın "Lans" klubunun əsas liqaya yüksəlməsi üçün lazım olan 10 milyon avronu ödəməkdən imtina edib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Lans"ın prezidenti Jerve Martel açıqlama verib.
Martel 10 milyon avronun ödənilməyəcəyi təqdirdə rəhbəri olduğu klubun Liqa 1-də oynamayacağını bildirib. Klub prezidenti Məmmədovun bu məsələdən dolayı məyus olduğunu söyləyib: "Hafiz Məmmədov ötən il üçün 20 milyon avro pul ödədi. Bu dəfə isə "Lans"ın büdcəsinə 18 milyon avro köçürdü. Lakin bizim əsas liqaya yüksəlməyimiz üçün 10 milyon avro çatmır. Təbii ki, o da pul qazanmaq istəyir. Lakin onun bu istəyi İdarəetməyə Nəzarət Üzrə Milli Direkturatın (DNCG) tələbləri ilə uyğun gəlmir. Məmmədov İspaniyanın "Atletiko Madrid" klubuna sponsorluğu ilə tanındı. O, son anda "Lans"a lazım olan 10 milyon avronu ödəməkdən imtina etdi".
Jerve Martel Fransa Futbol Federasiyası ilə ortaq məxrəcə gəlmək üçün Fransa Milli Olimpiya və İdman Komitəsinə (CNOSF) gedəcəklərini deyib. Onlar bizim büdcəmizi 10 milyon avro dəyişdi. Klubda heç bir aylıq struktur kəsiri yoxdur. Biz Liqa 1-də, öz yerimizdə oynaya bilərik. Bizim xərclərimiz daha azdır. Biz maddi və hüquqi cavabları göstərən sənədlərdən istifadə edəcəyik. Mən həqiqəti söyləyirəm".
Martel fikirlərini son mövsümdə çempion olduqları Liqa 2-yə qayıtmamaqla tamamlayıb: "Mən 2-ci liqaya düşməyi qəbul etmirəm. Əsas liqada mübarizə aparmalıyıq. Fransada mürəkkəb məhkəmələr gedir. Əsas liqada qalmağımız üçün lazım olan bütün dəlilləri gələn həftə təqdim edəcəm. Bizim böyük akademiyamız var, Fransa futbolunun ən yaxşı tərəfdaşlarındanıq, AVRO-2016 üçün stadion tikilişi və bu çox arqumentlərimiz var. Əminəm ki, bütün məsələlər öz həllini tapacaq".