"İlk görüşdə 1:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, cavab matçına çox ciddi hazırlaşırıq. İnşallah, çalışacağıq ki, Azərbaycan xalqını sevindirək”. Bunu Malta "Valletta"sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi Sportnet.az-a açıqlamasında "Qarabağ” klubunun hücumçusu Vüqar Nadirov söyləyib.  
	
27 yaşlı futbolçu bildirib ki, ilk oyunda komandası həm heyət, həm də rəqibi tanımamaq baxımından çətinlik yaşasa da, ikinci görüşdə meydana daha hazır çıxacaq: "Rəqibimizə hörmətlə yanaşırıq. ”Valletta” yaxşı komandadır. İlk oyunda komandalar çətinlik çəksələr də, artıq kifayət qədər bir-birinin taktikasına bələd olublar. İndi tək problemimiz komandanın aparıcı futbolçuları Rəşad Sadıqovla Maksim Medvedevin oynamamasıdır. Bizim üzərimizə düşən əsas məsələ ilk oyundakı uğurun ardını gətirməkdir. İlk oyunda qazandığımız qələbəyə arxayın olmamalıyıq”.
		
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valletta" matçı saat 21:30-da başlanacaq.
		
Röya KƏRİMLİ