1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray"ın yeni forma sponsoru məlum oldu
Türkiyənin "Qalatasaray" klubu forma sponsoru axtarışlarını Qazaxıstanda davam etdirir. Sportnet.az-ın məlumatına görə, qardaş ölkə mətbuatı SOCAR-dan sonra Qazaxıstan neft şirkəti olan "Kazmuanigas"ın sponsorluq təklif etdiyini bildirib.
Şirkətin 15 milyon avro təklif etdiyini, lakin "Qalatasaray"ın 15 milyon istədiyi deyilir. Bu səbəbdən klub prezidenti Ünal Aysalın "Kazmunaigas" rəsmiləri ilə danışıq aparmaq üçün Qazaxıstana getdiyi iddia edilir.
Son günlərdə SOCAR-ın bu məsələdə maraqlı olduğu, hətta sponsorluq üçün 20 milyon avro təklif edildiyi bildirilsə də, yerli neft şirkəti bu xəbəri təkzib edib.
Qeyd edək ki, "Türk Telekom" "Qalatasaray"a formanın önündəki reklam üçün 7 milyon, qoldakı reklam üçün 2.5 milyon avro ödəyirdi.