1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL: "Haker hücumları "Qarabağ"a görədir"
Peşəkar Futbol Liqası rəsmi saytına edilən haker hücumu ilə bağlı açıqlama verib. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Sportnet.az-a hadisənin gecə saatlarında baş verdiyini bildirib.
O, 1 saat ərzində saytın bərpa olunduğunu və əvvəlki qaydada fəaliyyətinin əvvəlki qaydada davam etdirdiyini bildirib. PFL rəsmisinin fikrincə, bu hücum "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışı ilə əlaqədardır: "Hər dəfə "Qarabağ"ın avrokuboklardakı çıxışından sonra bu cür hücumlar olur. İndi narahatçılığa heç bir əsas yoxdur. Hazırda yenə də bu məsələ ilə bağlı iş gedir. Təki "Qarabağ" udsun, bizim sayta hücum etsinlər".
Qeyd edək ki, dünən gecə saatlarında PFL-in rəsmi saytına haker hücum edilib. Qurumun saytını dağıdan hakerlər Ermənistanın milli ordusunun fotosunu, Kəlbəcərdə tutulmuş azərbaycanlının videosunu sayta yerləşdirib.