
"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsində Gürcüstan "Çixura"sı ilə keçirəcəyi ilk oyuna təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, oyunu Pavel Kristian Balajın rəhbərliyi altında rumıniyalı hakimlər briqadası idarə edəcək.
Ona Sebastian Eugen George və Mihay Ovidiu Artene laynsmanlar, Katalin Sorin Popa isə 4-cü hakim qismində yardımçı olacaqlar. Matçın UEFA nümayəndəsi çexiyalı İrji Ulrix, UEFA nümayəndəsi isə rusiyalı Vladislav Xodeyev olacaq.
Qeyd edək ki, iyulun 31-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Çixura" matçı saat 20:00-da başlanacaq. 43 yaşlı Kristian Balaj 2008-ci ildə Rumıniyada ilin hakimi sayılıb. O, 2010-cu ilin sentyabrından Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına təyinat alıb.