"Qarabağ"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Sportnet.az-a müsahibəsi
- "Qarabağ”ın "Zalsburq”la ilk oyununu necə dəyərləndirərdiniz?
- Komandamız həqiqətən də gözəl oyun göstərdi və heç nəyə baxmadan 37 minlik azarkeşi sevindirdi. Bu, çox gözəl haldır. Amma heyf ki, topla az oynadılar. Hər halda bu, qələbədir və "Qarabağ"ı təbrik edirəm. İlk yarıda "Qarabağ" erkən qol vursa da, rəqib komandamızı oynamağa qoymadı. Bu isti havada daha çox pressingdən istifadə etdilər. Bu il bura hansı komanda gəlibsə, tez hücuma keçib. Bunlara mütləq fikir vermək lazımdır. "Zalsburq"un müdafiəçiləri ağır idi. Onun hesabına Reynaldo çox şey elədi. Amma heyf ki, 2 qırmızı vərəqə "Qarabağ” üçün ağır qərar oldu. Həm Admir Telinin, həm də Reynaldonun meydandan qovulması yaxşı olmadı. Baş hakim səhvə yol verdi. Bilmirəm, onların qanunu dəyişib, yoxsa nədir? Ancaq Reynaldonun epizodunda mən qırmızılıq bir şey görmədim. O, sarı vərəqəlik epizod idi.

- "Neftçi” "Koper”lə səfər oyununda 3-5-2 taktikasından istifadə etdi və bəhrəsini gördü. "Qarabağ” da təkrar qarşılaşmada bu taktikadan istifadə edə biləcək səviyyədədirmi?
- O sistemlə oynamaq üçün birinci növbədə oyunçu lazımdır. Fikir verdiniz, Rəşad Sadıqov meydana girgikdən sonra "Qarabağ”da 5 nəfər arxada oynayırdı. Baxın görün topu hardan buraxdılar?! Ortadan qol buraxdılar. Yəni komanda necə oynaya bilirsə, elə oynamalıdır. Mən yenə deyirəm, "Qarabağ” öz oyununu oynamalıdır. Ola bilər "Zalsburq”un futbolçuları sürətlidir. Ancaq müdafiəçiləri mənim xoşuma gəlmədi. Ağır idilər, sürətli deyildilər. Pressingi isə yaxşı edirdilər. Onların ev oyununa baxmaq lazımdır. Deyəsən "Qarabağ”ın məşqçilərindən kimsə orda olub. Deyim ki, keçilməz klubdur, yox. "Qarabağ” öz halal zəhməti ilə qalib gəldi. Bir də mən deyərdim ki, müdafiədə dəqiq oynamaq lazımdır.
- Cinah hücumçuları Diasla Corc yeganə mərkəz hücumçusu Reynaldoya dəstək verirdi. O isə qırmızı vərəqəyə görə gələn oyunu buraxacaq. Sizcə, Vüqar Nadirov Reynaldonu əvəz edə biləcək?
- Reynaldo öndə idi, arxasında isə 3 nəfər vardı. "Qarabağ”ın oyunu budur. Cinahda oynayırlar, lazım olanda müdafiə gedirlər. Vüqar elə oynamalıdır ki, topu saxlasın və orta xətt koməyi yetişsin. Topu ortada itirsələr, onlar üçün ağır olacaq. Top öndə qalmalıdır. Bir şeyi səmimi deyim ki, "Qarabağ” üçün ağır olacaq. Çünki böyük stadiondur, yorğunluq olacaq. Azarkeşlər tərəfindən də komandamıza təzyiq çox olacaq.
- Birinci hissədə "Qarabağ” yaxşı oynadı. Amma ikinci hissədə müdafiəyə çəkildikdən sonra qapısında qol gördü. Belə çıxrmırmı ki, "Qarabağ” müdafiə futbolu oynamağı bacarmır?
- Ola bilsin ki, "Zalsburq” "Qarabağ”ı müdafiəyə çəkilməyə məcbur etdi. Bəli, sizinlə razıyam. "Qarabağ”ın orta xətti dağıdıcı deyil, yaradıcıdır. Ancaq qarşıdakı oyunda dağıdıcı futbol lazımdır. "Zalsburq”un hücumunu ortada dağıtmaq lazımdır ki, topla cərimə meydançasına daxil olmasınlar. Bu, əsas amildir.
- "Qarabağ” baxmayaraq ki, ölkə çempionu oldu, Çempionlar Liqasında uğurla çıxış edir, ancaq hücumçu problemi var...
- Bu haqda mən nəsə deyə bilmərəm. Buna ixtiyarım da yoxdur. Komandanın daxili işidir. Bunu deyə bilərəm ki, "Qarabağ”a 2-3 dənə oyunçu lazımdır. Tək hücuma yox, müdafiəyə də, yarımmüdafiəyə də lazımdır. Bu isə onların öz işidir.
- Bir mütəxəssis kimi kənardan baxanda "Qarabağ”ın hansı mövqelərində boşluq görürsünüz?
- Mən bu haqda nəsə demək istəmirəm. Bilirsiniz, bu, onların öz işidir. Nəsə deməyim düzgün çıxmaz.
- Cavab oyunundan nə gözləyirsiniz?
- Hər oyun üçün artırmaq.
Röya KƏRİMLİ