Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq "Qarabağ" bu oyuna "Bakcell Arena"da hazırlaşmaq üçün "Neftçi" rəhbərliyinə müraciət edib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Süleymanov "Qarabağ"ın Avstriyaya yollanana qədər 8-ci km-də məşq edəcəyini bildirib. O, bu barədə klub prezidenti Sadıq Sadıqova müraciət edildiyini və müraciətin müsbət qarşılandığını söyləyib. "Neftçi"nin Gürcüstan "Çixura"sı ilə səfər oyunundan qələbə ilə dönəcəyinə inandığını bildirən vitse-prezident "Qarabağ"ın da Avstriyadan qələbə ilə gəlməsini gözlədiyini deyib.