1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray"ın xəsarət yetirdiyi jurnalist öldü
Bir neçə gün öncə "Qalatasaray" klubunun bazasının dəmir darvazaları arasında qalaraq xəsarət alan Türkiyənin "Sabah" qəzetinin foto müxbiri Erkan Koyuncu vəfat edib. Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, Koyuncu 2 gün öncə dünyasını dəyişib.
Dünən təşkil olunan vida mərasimində "Qalatasaray"ın baş məşqçisi Sezare Prandelli, futbolçulardan isə Hamit Altıntop, Burak Yılmaz, Selçuk İnan, Semih Kaya, Yekta Kurtuluş və Aydın Yılmaz iştirak edib.
Qeyd edək ki, Erkan Koyuncu bir neçə gün öncə "Qalatasaray"ın məşqini izləmək üçün Florya Metin Oktay təsislərinə gəlmiş və bazanın bağlanmaq üzrə olan dəmir qapıları arasında qalaraq xəsarət almışdı.