Georgi Koripadze: "O bayraq vətənə sevgidən irəli gəlirdi və hər hansı təxribat üçün nəzərdə tutulmamışdı"
Gürcüstanın "Çixura” klubunun futbolçusu Georgi Koripadze "Neftçi" ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı baş vermiş qalmaqaldan danışıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi "worldsport.ge"yə müsahibəsində "Bakcell Arena"da məlum pankartı açan gürcüstanlı azarkeşlərə haqq qazandırıb.
Koripadze azarkeşlərinin bu hərəkətinin vətən sevgisindən irəli gəldiyini bildirib: "Onlar həqiqətən də milli komanda və klub azarkeşidirlərsə, bu, qiymətləndirilməlidir. Stadiondan asılan "Birləşmiş Gürcüstan" bayrağında hansı ərazilərimizin itirildiyini görmək xoş hal deyil. Fikrimcə, o bayraq vətənə sevgidən irəli gəlirdi və hər hansı təxribat üçün nəzərdə tutulmamışdı. Sadəcə, anlaşılmazlıq olmuşdu. Amma bu hadisə tezliklə unudulmalı və yerində qalmalıdır. Bizə azarkeşlərin köməyi lazımdır. 7 avqustda hər kəsin stadionda olmasının çox böyük anlamı var. Xüsusən də azarkeşlər üçün. Bu səbəbdən, hamıdan xahiş edirəm ki, incikliyi unudub bizə dəstək olasınız”.
Daha sonra gürcüstanlı futbolçu "Neftçi” ilə cavab oyunu haqda fikirlərini bölüşüb: "Rəqib yaxşı komanda olsa da, bu, "Çixura”nı məğlub edəcəyi anlamına gəlməməlidir. Azarkeşlərlə birlikdə istəyimizə nail ola bilərik. Əvvəlki mərhələdə "Bursaspor” da çətin rəqib idi. Lakin Türkiyə təmsilçisini keçdik. Hesab edirəm ki, "Neftçi”ni də məğlub etməyə qadirik”.

Qeyd edək ki, avqustun 7-də Tiflisdəki Mixail Mesxi adına stadionda baş tutacaq "Çixura" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.