"Neftçi"nin Serbiya "Partizan"ı ilə keçirəcəyi Avropa Liqasının "pley-off" oyunlarının yeri dəyişdirilib. Sportnet.az-ın "Partizan"ın rəsmi saytına istinadən məlumatına görə, bu barədə UEFA-nın müvafiq komitəsi püşkatmadan sonra qərar qəbul edib.
İlk oyun avqustun 21-də Belqradda, cavab görüşü isə avqustun 28-də Bakıda baş tutacaq. Bu qərar Avropa Liqası qaydalarının 12.7-ci bəndinə əsasən qəbul olunub. Səbəb kimi avqustun 21-də elə Bakıda Azərbaycanın digər təmsilçisi "Qarabağ"ın Hollandiya "Tvente"si ilə üz-üzə gələcəyi göstərilib.