Bunadək yığma üzvləri Daşkənddə təlim-məşq toplantısında olacaqlar. Hazırlıq prosesi paytaxtımızda baş tutacaq 2 məşqlə davam etdiriləcək. Qasımov deyib: "Bir sıra futbolçuların oyununu diqqətlə izləyərək, heyəti müəyyənləşdirdik. Dəvət göndərdiyimiz 23 nəfərdən 20-si Bakıya gedəcək. Səfərə çıxanadək 2 günlük toplanış keçəcəyik. Hələlik buna yekun heyət deməzdim. Çünki avqustun 15-də yüksək liqada növbəti tur olacaq. Futbol qarşılıqlı mübarizənin olduğu idman növüdür. Burada asanlıqla xəsarət almaq olar. Əlbəttə ümid edirik ki, bu, baş verməyəcək və bütün oyunçular yaxşı formada olacaqlar".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Özbəkistan matçı saat 21:00-da başlanacaq.