Türkiyənin PTT I liqasında çıxış edən "Qaziantep BB" klubunun birdən-birə üç futbolçusu Azərbaycan millisinə çağırılıb. Sportnet.az-ın məlumatına görə, bunlar Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevdir.
Hər üç oyunçu millimizin avqustun 21-də Özbəkistana qarşı keçirəcəyi yoldaşlıq oyununa dəvət alıblar. "Qaziantep BB"nun rəhbər və texniki heyəti bu xəbəri sevinclə qarşılayıb.
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqts Özbəkistan ilə oyun üçün yığmanın heyətini rəsmən açıqlamayıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |