
Bununla da Gelaşvili Albaniya çempionatında çıxış edən ilk gürcüstanlı legioner kimi tarixə düşüb. Təqdimat mərasimində Gürcüstan millisinin forvardı böyük ənənələri olan kluba keçdiyini və yeni komandasında meydana çıxmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Nikoloz Gelaşvili ötən mövsüm "Qarabağ"ın heyətində 26 oyuna 5 qol vura bilib. Yayda komanda ilə yollarını ayıran təcrübəli hücumçu iyunun 18-də Gürcüstan "Zestafoni"si ilə anlaşıb.