Avqustun 20-də "Bakcell Arena"da Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar avqustun 17-dən 20-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Sportnet.az toplanışa dəvət olunmuş futbolçuların siyahısını AFFA-nın rəsmi saytına istinadən təqdim edir:
|
Kamran Ağayev |
Qəbələ |
|
Səlahət Ağayev |
İnter |
|
Rasim Ramaldanov |
Xəzər-Lənkəran |
|
Mahir Şükürov |
Karşiyaka (Türkiyə) |
|
Elnur Allahverdiyev |
Qəbələ |
|
Emin Cəfərquliyev |
Araz-Naxçıvan |
|
Ufuk Budak |
Gaziantep B. Ş. B. S. (Türkiyə) |
|
İlkin Qırtımov |
Simurq |
|
Əli Gökdemir |
Simurq |
|
Emin Nuri |
Kalmar (İsveç) |
|
Məhəmməd Mirzəbəyov |
İnter |
|
Rahid Əmirquliyev |
Xəzər-Lənkəran |
|
Ruslan Abişov |
Qəbələ |
|
Taşkın İlter |
Ayntraxt Braunşveg (Almaniya) |
|
Abdulla Abasıyev |
İnter |
|
Cavid Hüseynov |
Qəbələ |
|
Əfran İsmayılov |
XəzərLənkəran |
|
Vaqif Cavadov |
Gaziantep B.Ş.B.S. (Türkiyə) |
|
Rauf Əliyev |
Xəzər Lənkəran |
|
Cihan Özkara |
Sivasspor (Türkiyə) |
|
Rüfat Dadaşov |
SVN 1929 Tsvaybrüken (Almaniya) |
|
Tuğrul Erat |
Fortuna Düsseldorf (Almaniya) |
|
Dmitri Nazarov |
Karlsruher SC (Almaniya) |
|
Kiyan Soltanpur |
Sumqayıt |
Qeyd edək ki, "Simurq", "Qəbələ" və "Araz-Naxçıvan" klublarının futbolçuları, həmçinin Tuğrul Erat, Dmitri Nazarov və Emin Nuri təlim-məşq toplanışında avqustun 18-dən iştirak edəcəklər.





































































