
Belqrada yollananlar arasında cəzalı Karlos Kardos və zədəli Bruno Bertuççi də var. Kardoso "Çixura" ilə Avropa Liqasının III təsnifat mərhələsində cavab görüşündə sarı vərəqə limitini keçib. O, "Partizan"la ilk görüşü buraxmalı olacaq. Bruno Bertuççi isə Topaz Premyer Liqasının II turunda "Bakı” il matçın 64-cü dəqiqəsində zədələnərək meydanı tərk etməli olub. Onun Serbiyada meydana çıxıb-çıxmayacağı həkimlərin rəyindən asılı olacaq.
Qeyd edək ki, avqustun 21-də keçiriləcək "Partizan" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.


