Almaniyanın "Karlsrue” klubunun futbolçusu Dmitri Nazarov artıqn Azərbaycan millisinin avqustun 20-də Özbəkistanla keçiriləcək yoldaşlıq oyununun hazırlıqlarına qoşulub. Sportnet.az-ın məlumatına görə, media nümayəndələri üçün açıq məşqdə futbolçu jurnalistlərin suallarını cavablandırıb. Nazarov Azərbaycan millisinə gəlməyinin səbəbini açıqlayıb:
"Babam azərbaycanlı olub. Təəssüflər olsun ki, indi yaşamır. Bunu mənə nənəm deyib. Ancaq babamın hansı bölgədən olduğunu bilmirəm. Əsas odur ki, babamın Azərbaycandan olduğunu bilirəm. Özüm bu yığmada oynamaq istəyirəm. Bu millinin uğuru üçün əlimdən gələni edəcəyəm".
Lakin 24 yaşlı hücumçu Azərbaycan dilini və ölkəmiz barədə bilmədiyini etiraf edib. O deyib ki, yığmamızda bir çox futbolçu Almaniyadan cəlb olunduğundan, bir-biri ilə həmin ölkənin dilində danışır.
"Almaniya ilə burdakı hava fərqlidi. Ancaq adaptasiya olunacağam. Heç bir problem yoxdu. Yığmada futbolçuların əksəriyyəti almanca danışır. Onların mənim bura öyrəşməyimə çox köməyi olacaq".
Nazarov Qazaxstan millisindən təklif almasının səbəbini belə izah edib: "Mən Qazaxstanda doğulmuşam. Amma AFFA rəhbərliyi və Berti Foqtsla söhbətlərdən sonra qərara gəldim ki, Azərbaycan üçün oynayım. Keçmişdə də olub, bir müddət əvvəl də mənimlə əlaqə saxlamışdılar. Ancaq mən qərar qəbul etdim ki, Azərbaycan millisində oynayacağam".