Bu gün futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinin ikinci oyun günündə 5 matç keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Rusiya təmsilçisi "Zenit" Belçika "Standart"ının qonağı olacaq. Fransanın "Lill"i isə Portuqaliyanın " Portu" klubu ilə qarşılaşacaq.
Bütün görüşlər Bakı vaxtı ilə 23:45-də başlanacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
20 avqust
"Lill" (Fransa) - "Portu" (Portuqaliya) - 0:1
Qol: Ektor Errera, 61
Baş hakim: Byörn Kuypers (Hollandiya)
"Standard" (Lyej, Belçika) - "Zenit" (Rusiya) - 0:1
Qol: Oleq Şatov, 16
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
"Slovan" (Bratislava, Slovakiya) - BATE (Belarus) - 1:1
Qollar: Robert Vittek, 80 - Tomaş Yablonski, 44 - öz qapısına
Baş hakim: Oleqario Benkerensa (Portuqaliya)
"Olborq" (Danimarka) - APOEL (Kipr) - 1:1
Qollar: Nikolay Tomsen, 16 - Vinisius, 54
Baş hakim: Martin Atkinson (İngiltərə)
"Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Damyan Bohar, 14 - Kallum MakQreqor, 6
Baş hakim: Pavel Kralovets (Çexiya)
19 avqust
"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç) - 2:1
Qollar: Marias Şimer, 18. Conatan Soriano, 64 - Emil Forsberq, 90
Baş hakim: Nikola Ritsoli (İtaliya)
"Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
Qol: Alexandru Çipsiu, 88
Baş hakim: Feliks Brıx (Almaniya)
"Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə) - 0:0
Qırmızı vərəqə: Aron Remzi, 80 ("Arsenal")
90+4-cü dəqiqədə "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç baş hakimlə mübahisə etdiyi üçün texniki zonadan qovulub.
Baş hakim: Milorad Majiç (Serbiya)
"Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:3
Qollar: Matias Yörgensen, 9. Daniel Amarti, 13 - Ştefan Kisslinq, 5. Kərim Bellarabi, 31. Son Heunq-Min, 42
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
"Napoli" (İtaliya) - "Atletik" (İspaniya) - 1:1
Qollar: İker Munyain, 41. Qonsalo İquain, 68
Baş hakim: Yonas Eriksson (İsveç)