
O, məhz belə qələbəni yaxşı nəticə sayacaqlarını vurğulayıb. Qulan "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçə də mesaj göndərib: "Stamenkoviç 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında mənim komanda yoldaşım olub. Stamenkoviçə demək istəyirəm ki, onun üçün asan olmayacaq".
Qeyd edək ki, Nikola Qulanın "Radniçki" ilə Serbiya çempionatı matçında zədələnən "Partizan"ın aparıcı futbolçusu Vladimir Volkovu əvəzləyəcəyi gözlənilir. Volkov ən azı 10 gün müddətinə sıradan çıxıb. Onun hətta avqustun 28-də keçiriləcək cavab matçında da iştirakı böyük sual altındadır. "Neftçi" ilə ilk oyun isə Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.