"Neftçi" klubu Serbiya "Partizan"ı ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünü keçirəcəyi Tofiq Bəhramov adına Respublika stadionunun hazırkı vəziyyəti ilə barışmaq zorunda qalıb. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Tahir Süleymanov açıqlama verib.
Onun sözlərinə görə, stadionun belə bir vəziyyətə düşməsi flaqmandan asılı səbəblərdən baş verməyib. Süleymanov ot örtüyünün durumunu dəyişmək gücündə olmadıqlarını söyləyib: "Biz neyləyək? Oyunu, rəqibi, yoxsa ot örtüyünü fikirləşək? Respublika stadionunda vəziyyət belədir, "Bakcell Arena" bağlıdır. "Pley-off" oyunları üçün tələblərə cavab verən başqa stadion da yoxdur. Ona görə də bütün diqqətlərimizi 28 avqust qarşılaşmasına yönəltməli və bu cür meydanda oynamalıyıq. Düzdür, biz topla oynamağı sevən komandayıq, "Koper" və "Çixura" ilə cavab matçlarımızda meydanın durumu ideal idi. Hazırda Respublika stadionundakı vəziyyətdə də müsbətə doğru nisbi dəyişiklik üçün çalışırlar. Hamımız cavab görüşünə səfərbər olmuşuq".
Azarkeşlərə də müraciət edən Süleymanov onlardan "qara bazar"ı yığışdırmaq üçün biletləri daha tez, matça isə 2-3 saat əvvəldən gəlməyi xahiş edib: "Biz "Partizan"la səfər matçında yerli fanatların 0:2 hesablı məğlubiyyətə rəğmən, komandalarına sonadək dəstək vermələrinə şahidlik etdik. Biz cavab görüşümüzdə azarkeşlərimizdən serbiyalı fanatlardan da artıq dəstək gözləyirik".
Qeyd edək ki, avqustun 28-də keçiriləcək "Neftçi" - "Partizan" matçı saat 21:00-da başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |