Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov "Xəzər Lənkəran"ın futbolçusu Əfran İsmayılovun Rusiya ilə yoldaşlıq görüşü və Bolqarıstanla 2016-cı il Avropa çempionatının seçmə qrup matçına çağırılmamasının səbəbini açıqlayıb. 41 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında bunu İsmayılovun oyun praktikasının yoxluğu ilə əlaqələndirib.
O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi Özbəkistanla avqustun 20-də keçirilmiş yoldaşlıq görüşünə dəvət edilərək, yoxlanılıb. Qurbanovun fikrincə, İsmayılov meydanda fəallardan olsa da, oyun təcrübəsinin yoxluğu hiss edilib: "Bu isə Əfranın "Xəzər Lənkəran"da nəinki ilk "11-liy"ə, heç "18-liy"ə düşməməsi ilə əlaqədardır. Bəlkə də Rusiya ilə yoldaşlıq görüşündən sonra ona dəvət göndəriləcək. Lakin bu, yalnız onun mövqeyində hansısa futbolçunun zədələndiyi və ya oyununun qaneedici olmadığı halda baş verə bilər".
Məşqçinin fikrincə, futbolçunun sənədlərində heç bir problem yoxdur. Baxmayaraq ki, İsmayılov "Xəzər Lənkəran"ın Sloveniya toplanışına məhz bu səbəbdən gedə bilməyib. Qurbanov eyni zamanda Özbəkistanla oyun zamanı yarımmüdafiəçinin millidəki komanda yoldaşı Dmitri Nazarova iradlarını açıq formada bildirməsi səbəbindən kənarda qalma variantını inkar edib. Onun sözlərinə görə, futbolda belə narazılıqların olması təbiidir və oyundan sonra hər şey unudulur: "Mən Özbəkistanla matçdan sonra "Neftçi"nin "Partizan"la səfər oyununa uçmalı idim. Ona görə baş məşqçi Berti Foqtsun Əfrana irad bildirib-bildirməməsindən xəəbərsizəm. Bəlkə də bildirib.
Digər tərəfdən, "Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev klubunda heyətə düşə bilmədiyi halda, millidə ehtiyat heyət üzvü kimi nəzərdə tutulub. Bu isə İsmayılovun məhz oyun praktikası səbəbindən yığmada qalma variantını şübhə altına alır. Amma Qurbanovun sözlərinə görə, Allahverdiyevin yer aldığı sol cinah müdafiəçisi mövqeyi yığmamızda problemlidir. Düzdür, Ufuk Budak da həmin mövqedə oynaya bilir. Amma onun əvəzləyicisi yoxdur".
Qeyd edək ki, Berti Foqtsun Rusiya və Bolqarıstanla oyunlar üçün açıqladığı heyətdə yığmaya müntəzəm dəvət alan Əfran İsmayılovun olmaması müəyyən şübhələrə yol açıb. Bunun İsmayılovun sənəd problemi və ya Özbəkistanla qarşılaşmada özünü aqressiv aparması ilə əlaqədar olduğu bildirilir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |