Avropa Liqasının "pley-off" mərhələsinin hər iki görüşündə Serbiya "Partizan"ına məğlubiyyət "Neftçi"nin prezidenti Sadıq Sadıqovu qəzəbləndirib. Sportnet.az-ın məlumatına görə, flaqmanın 1:2 hesabı ilə uduzduğu cavab görüşündən sonra Sadıqov dəhlizdə baş məşqçi Böyükağa Hacıyevə və klubun digər rəsmilərinə iradlarını çatdırıb.
O xüsusən, sol cinah müdafiəçisi Bruno Bertuççinin çıxışından narazılığını bildirib. Braziliyalı futbolçunun hər iki matçda imkanlarından aşağı çıxış etdiyini bildirən Sadıqov vitse-prezident Tahir Süleymanova "Ona çatdırın ki, sabah mənim yanıma gəlsin" deyə tapşırıq verib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Bertuççinin çağırılmasında məqsəd ondan zəif çıxışı ilə bağlı hesabatın istənilməsidir. Hətta onun əvəzedici heyətə və ya ümumiyyətlə göndərilməsi gündəmdədir.
Qeyd edək ki, Bruno Bertuççi "Partizan"la səfər matçında sol cinahda mövqe səhvlərinə yol verərək, rəqibin hücumlarının qarşısını ala bilməyib. Cavab görüşündə isə o, meydana ikinci hissədə girsə də, heç nə ilə yadda qalmayıb. "Neftçi" Belqradda 2:3, Bakıda isə 1:2 hesabı ilə uduzub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |