1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prezident İlham Əliyev olimpiadadakı nailiyyəti dəyərləndirdi
Azərbaycan prezidenti İlham Əliyev Çinin Nankin şəhərində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ümumi komanda hesabında 10-cu olan Azərbaycan millisinin nailiyyətini yüksək qiymətləndirib. Sportnet.az-ın məlumatına görə, olimpiadada 9 idman növü üzrə çıxış edən 21 idmançımızdan 5-i qızıl, 6-sı gümüş, 1-i isə bürünc medal qazanıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan tarixində ən böyük idman hadisəsi olan 2015-ci il Avropa Oyunlarına Bakının ev sahibliyi bütün idman cəmiyyətini, idmanı və qlobal Olimpiya hərəkatını ölkə gənclərinin həyatının ayrılmaz hissəsi kimi aydın məqsədli vahid bir strategiya ətrafında birləşdirib. Azərbaycan gənclərinin böyük coşqusu idmana və getdikcə daha yüksək səviyyələrdə iştiraka yönəlib.
O, həmçinin qeyd edib ki, bu Oyunlar əhəmiyyətli və cəmiyyətə uzun müddət qulluq edəcək dünya səviyyəli idman məkanlarına birbaşa investisiya yatırmaqda köməklik edir və gənc komandamızın müvəffəqiyyəti 2015-ci il I Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idmanın inkişafına dəstək təsisatlarının fəaliyyətinin birbaşa nəticəsidir.