
Sentyabrın 3-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Rusiya yığmasının heyətində dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, Moskva "Dinamo"sunun yarımmüdafiəçisi İqor Denisov zədəli olduğu üçün heyətdən çıxarılıb.
O, Rusiya Premyer Liqasının 6-cı turunda "Krasnodar"ı 2:0 hesabı ilə yendikləri matçda xəsarət alıb. Əvəzində "Krasnodar"ın orta sahə oyunçusu Yuri Qazinski milliyə dəvət alıb. Qazinski şimal qonşularımızın bu gündən başlanacaq təlim-məşq toplantısına çağırılıb.
Qeyd edək ki, "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan görüşü saat 21:00-da başlanacaq.