Tofiq Bəhramov adına Respublika stadionuna döşənəcək hazır ot örtüyünün qiyməti müəyyənləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, mərkəzi arenadakı örtüyün dəyişdirilməsi 400 min avroya başa gələcək.
"Xalı" Hollandiyadan xüsusi soyuducuya yerləşdirilərək, Bakıya gətiriləcək. Ot örtüyünün dəyişdirilmə prosesi sentyabrın 18-dək yekunlaşacaq. Həmin gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda Fransa "Sent Etyen"ini mərkəzi arenada qəbul edəcək. Matç saat 21:00-da başlanacaq.
Qeyd edək ki, Respublika stadionunun hazırkı ot örtüyü yayda havaların isti keçməsi ilə əlaqədar yararsız vəziyyətə düşüb.