İtaliya "İnter"i Ukraynanın paytaxtı Kiyevə təkcə "Dnepr"lə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçı üçün yollanmayacaq. Sportnet.az-ın "Calcionews24.com"a istinadən məlumatına görə, "nerazzurri" "Dnepr"in futbolçusu Yevgeni Konoplyankanın da transferində maraqlıdır.
24 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. Yeni anlaşmanın imzalanması ilə bağlı danışıqlar böyük çətinliklərlə müşayiət olunur.
Qeyd edək ki, F qrupundakı "Dnepr"lə "İnter" arasındakı qarşılaşma sentyabrın 18-də oynanılacaq. Həmin gün eyni qrupdakı "Qarabağ" Fransa "Sent Etyen"ini qəbul edəcək.