
Kinşasa şəhərindən Lumumbaşiyə 15 futbolçu uçmalı imiş. Lakin son anda Syerra-Leone tərəfindən uçuşa çıxacaq heyət sayını azaltmağı xahiş ediblər. Nəticədə baş məşqçi Conatan Makkinstri Vobay və Sankonu reysdən çıxarıb. Makkinstri qərarını belə əsaslandırıb: "Bu, çətin qərar idi. Amma mən Vobayı heyətdən götürməli oldum. Onu oyuna buraxmağı öncədən də planlaşdırmırdım. Sanko isə Kot d İvuarla öncəki matçda zədələnmişdi".
Vobay isə yığmada oynamaq istədiyini, amma baş məşqçinin ilk dəfə belə qərar qəbul etdiyini deyib: "Ötən il fasilə götürmüşdüm, amma idman nazirimiz məndən milliyə qayıtmağı xahiş etdi".