
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 18-də baş tutacaq qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: Stiven Maklin
Baş hakim: Stiven Maklin
Baş hakimin köməkçiləri: Qavin Harris, Frencis Konnor
Dördüncü hakim: Alasdair Ross
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas
Hakim-inspektor: Gilfi Tor Orrason (İslandiya)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq.













































































