Bakının AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov futbolçu kimi uzun müddət çıxış etdiyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Fransa "Sent Etyen"i ilə keçirəcəyi debüt matçı barədə danışıb. 43 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında keçmiş komandasından qələbə gözlədiyini bildirib.
O deyib: "Allah köməkləri olsun. Sabah "Qarabağ"dan qələbə gözləyirəm. Komandanın göstərdiyi oyunlar belə düşünməyə əsas verir. İnanıram ki, bizi, Azərbaycan xalqını sevindirəcəklər. "Qarabağ" son illər Avroliqanın "pley-off"una qədər irəliləyirdi, bu dəfə, nəhayət, qrupa düşdülər. Gözəl oyun nümayiş etdirirlər, Allahın köməkliyi ilə sabah da qalib gələcəklər".
"Qarabağ" "Sent Etyen"lə oyun öncəsi son oyununu məhz AZAL-a qarşı keçirib və böyük hesabla qalib gəlib - 3:0. Əhmədov "AZAL-a qarşı sərgilənən oyunla və həmin heyətlə Fransa təmsilçisini yenmək olarmı?" sualını belə cavablandırıb: "Son turda bizimlə oynamaqlarına baxmayaraq, Qurban Qurbanovun sabah hansı futbolçulara güvənəcəyini, hansı taktikaya üstünlük verəcəyini deyə bilmərəm. Amma hesab edirəm ki, oyun üslubu tam fərqli olacaq. Çünki "Sent Etyen" AZAL deyil, AZAL da "Sent Etyen".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.
Elvin ƏHƏD
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |