
Rəqibi analiz etdiklərini vurğulayan 25 yaşlı hücumçu maraqlı oyun olacağına inandığını bildirib. Braziliyalı qolçu veteran futbolçu İsgəndər Cavadovun "Reynaldo Avroliqada çempionatda kimi özünü göstərə bilməyəcək" fikrinə isə münasibət bildirmək istəməyib: "Başqalarının fikirlərini şərh etmək istəmirəm. Əlimdən gələnin ən yaxşısını meydanda qoymağa çalışacağam".
Fransa komandaları ilə oyunlarda təmsilçilərimizin elə də yaxşı göstəricilərinin olmamasına dair fakta isə Reynaldo belə reaksiya verib: "Sabahkı oyun bizim üçün çox məsuliyyətlidir. Hamımız bu oyuna ciddi hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, "Qarabağ” bu oyundan qələbə ilə ayrılsın".